Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir

26 fevral 2021 | 11:00

Ağsu Rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə onlayn video-konfrans keçirilib. 
  Ağsu RİH başçısının birinci müavini Füzuli Kərimli çıxış edərək, Xocalı faciəsinin baş verdiyi tarixi məqama nəzər salıb. Bildirib ki, 1992-ci ildə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciəsindən birini yaşaması ölkəmizin yeni tarixinə qara həriflərlə yazılıb. Vurğulayıb ki, Azərbaycan tarixinin dəhşətli və qanlı səhifələrindən olan Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş cinayətdir.
  Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlələrin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilib, bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Xocalı faciəsi ermənilərin həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən bu faciə zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
  Video konfransda digər çıxış edənlər bildiriblər ki, Xocalı faciəsinin əsl qiyməti Ulu öndər Heydər Əliyev tərəfindən verilməklə, qətliamın dünya ictimaiyyətinə çatdırılmasına başlanılıb. Hazırda Prezident cənab İlham Əliyev tərəfindən bu missiya uğurla davam etdirilir. Xocalı faciəsinin dünyanın onlarla ölkəsində soyqırımı kimi tanımasına nail olunub.

Keçidlər