Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda qanvermə aksiyası keçirilib

14 yanvar 2021 | 11:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Milli Hematologiya Mərkəzi Ağsu rayonunda qanvermə aksiyası keçirib.
  Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar respublikamızda tətbiq olunan karantin rejimi şəraitində talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması məqsədilə təşkil olunan qanvermə aksiyasında rayon ictimaiyyəti fəal iştirak edib. Rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsində təşkil olunan aksiyaya idarə, müəssisə və təşkilatlar, eləcə də ərazi icra nümayəndəlikləri və bələdiyyələr könüllü qoşulub.
  Toplanan qan nümunələri laboratoriyada müayinə edildikdən sonra Qan Bankına təhvil veriləcəkdir.

Keçidlər