Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 9 Noyabr – Bayraq günü və Şuşa şəhərinin işğaldan azad edilməsi təntənə ilə qeyd edilib

09 noyabr 2020 | 11:00

Noyabrın 9-da səhər saatlarında Ağsu şəhərinin küçələri izdihamlı idi. Dövlətçiliyin, müstəqilliyin simvolu olan Azərbaycanın və qardaş Türkiyənin dövlət bayraqları ilə bəzədilən yüzədək avtomobil, əllərində bayraqlar olan yüzlərlə gənc və yeniyetmə təntənəli sürətdə qeyd olunan Bayraq Günü münasibətilə yürüşə çıxmışdılar. Bu gün ikiqat bayram idi.  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal edilən qədim Şuşa şəhərini azad edib. Necə deyərlər, bayram bayrama qatılıb.
  Şəhərin qərb hissəsindən Ağsu-Kürdəmir yolunun başlanğıcından başlayaraq avtomobillər, ardınca isə piyadalar bayraq yürüşünə çıxmışdı. Yürüş şəhərin bütün mərkəzi küçə və meydanlarını əhatə edib. Avtomobil siqnalları, piyadaların “Qarabağ Azərbaycandır!” “Ali Baş Komandana eşq olsun!” “Yaşasın Azərbaycan Ordusu!” “Yaşasın Azərbaycan!” kimi şüarları bütün küçəboyu səsləndirilib.
  İnsanlar Dövlət Bayrağı Günü və Şuşanın işğaldan azad edilməsi münasibətilə bir-birlərini təbrik edir, Qarabağımızın tezliklə tam azad olunmasını - Böyük Qələbə Gününü səbirsizliklə gözlədiklərini bildiriblər.

Keçidlər