Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda taxıl biçini kampaniyasının müvəffəqiyyətlə aparılması üçün xüsusi komissiya yaradılıb

03 iyun 2015 | 10:00

Ağsu rayonu ərazisində 2015-ci ilin yay mövsümündə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması, mühüm strateji məhsul 

Ağsu rayonu ərazisində 2015-ci ilin yay mövsümündə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması, mühüm strateji məhsul olan taxıl, eləcə də digər dənli və texniki bitkilərin biçin kampaniyasının itkisiz, mütəşəkkil başa çatdırılması məsələlərinə həsr olunan müşavirə keçirilib.
Rayon mədəniyyət sarayında təşkil edilən müşavirədə yerli icra nümayəndələri və bələdiyyə sədrləri, fermerlər, Ağsu rayon Dövlət Yanğından Mühafizə hissəsinin, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəhbərləri, Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları, eləcə də digər məsul şəxslər iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Şimal-Qərb Regional Yanğın Nəzarəti idarəsinin rəisi, daxili xidmət mayoru Qüdrət Əzimov və başqaları yay mövsümündə yanğın təhlükəsizliyinə ciddi riayət olunmasının, bu sahədə yerlərə göndərilən tövsiyə xarakterli profilaktik tədbirlərin dəqiqliklə həyata keçirilməsinin zəruriliyini bildiriblər. Belə ki, bütün texnikalar yanğın-texniki müayinədən keçirilməli, yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Zəmilərin ətrafının dərhal şumlanması məqsədilə kotanlı traktorlar taxıl sahələrinə təhkim olunmalı, meşələrlə sərhəd olan taxıl sahələri biçindən sonra şumlanmalı, yüksək gərginlikli elektrik xətləri nəzarətə götürülməlidir.
Müşavirədə qeyd olunub ki, rayonda biçin kampaniyasının müvəffəqiyyətlə aparılması, o cümlədən yay aylarında yanğın təhlükəsizliyi ilə əlaqədar xüsusi komissiya yaradılıb, hər bir yerli icra nümayəndəliyində növbətçilərin ayrılması tövsiyə edilib.
Yaradılan komissiyaya biçin kampaniyasında iştirak edəcək bütün texnikanın dərhal texniki yoxlamadan keçirilməsini təmin etmək tapşırılıb.

 

Keçidlər