Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalayıb

29 sentyabr 2020 | 11:00

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasında Hərbi vəziyyətin elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, həm də xalq, dövlət və ordu birliyinə işarə, erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir.
  Bu fərman millitarist ritorikanın davamı yox erməni işğalının qarşısının alınması siyasətinin davamıdır. Fərmanın tələblərinə riayət etmək isə hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir.
  “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması, Azərbaycan dövlətinin bəyan etdiyi dəyərlərə sadiqliyidir. Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.
  Hərbi vəziyyət milli birliyə çağırışdır. Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür.
   “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır. 

Keçidlər