Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu şəhərində Dövlət Bayrağı dirəyi demontaj olunmuşdur

26 sentyabr 2020 | 11:00

2008-ci ildə Ağsu şəhərinin Vidadi küçəsində quraşdırılmış, hündürlüyü 67 metr olan Dövlət Bayrağının metal dirəyi ötən müddət ərzində küləklər nəticəsində müxtəlif deformasiyalara uğramışdır. Bu səbəbdən təmir işlərinin aparılması zərurəti yarandığı üçün 26 sentyabr 2020-ci il tarixdə Dövlət Bayrağının dirəyi Bakı şəhərindən dəvət edilmiş mütəxəssislər tərəfindən demontaj olunaraq Ağsu şəhərində yeni inşa edilən Dövlət Rəmzləri Muzeyinin ərazisinə daşınmışdır. Mütəxəssislər tərəfindən veriləcək rəyə əsasən Dövlət Bayrağının ucaldılması məqsədi ilə müvafiq tədbirlərin görülməsinə yaxın günlərdə başlanılacaqdır.  

Keçidlər