Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır

24 sentyabr 2020 | 11:00

Sakinlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə keçən əsrin 50-ci illərində salınmış Mədəniyyət və İstirahət parkında abadlıq işləri aparılır. Parkda qurumuş ağaclar kəsilmiş, ərazidə 40 ədəd Kreml şam ağacı əkilmişdir. Ağaclar ağardılmış və ətrafı şumlanmışdır. Parkdakı sanitar qovşaq təmir olunmuşdur.
  Parkda uşaqların əylənməsi üçün mövcud qurğuların bir hissəsi dəyişdirilmişdir. Gələn il burada yeni əyləncə vasitələrinin quraşdırılması nəzərdə tutulmuşdur.

Keçidlər