70 illik yubileyləri ilə əlaqədar şəhid atası Əli İbişov və şəhid anası Xatirə İbişova ilə görüş keçirilib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH-nin nümayəndələri ilə birlikdə 70 illik yubileyləri ilə əlaqədar şəhid atası Əli İbişov və şəhid anası Xatirə İbişova ilə Ağsu rayonunun Gəgəli kəndində yaşadıqları evdə görüşüblər.
Ağsu RİH-nin başçısı Rövşən Bağırov Gəgəli kəndindən olan şəhid Vüsal İbişovun ailəsi ilə görüş zamanı Əli İbişovu və onun həyat yoldaşı X.İbişovanı 70 illik yubileyləri münasibətilə təbrik edib, onlara uzun ömür və can-sağlığı arzulayıb.
RİH başçısı söhbət əsnasında şəhid Vüsal İbişovun xatirəsini ehtiramla yad edib, onun vətənsevər, cəsarətli bir gənc olduğunu, Vətən uğrunda döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığını vurğulayıb. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu-xalq birliyi nəticəsində qazanılan tarixi Qələbədən danışaraq Vüsal və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını qeyd edib.
Görüş zamanı Ə.İbişov və X.İbişovaya 70 illik yubileyləri münasibətilə RİH tərəfindən hədiyyələr təqdim edilib. Sonda Ə.İbişov və X.İbişova göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.







