Ağsu şəhərindəki “Şəlalə” şadlıq sarayında 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənəli sürətdə qeyd olunub.
01 iyun 2015 | 10:00
Şirniyyat süfrəsi arxasında 170 nəfər uşağın iştirak etdiyi təntənəli mərasimdə çıxış edənlər balacaları təbrik edib, onlara möhkəm cansağlığı, təhsildə uğurlar, Azərbaycanımızın daha xoşbəxt gələcəyi naminə layiqli vətəndaş olmağı arzulayıblar.
Mərasimdə bir-birini əvəz edən şən mahnı və rəqslər, uşaqların sevinc dolu alqışları mərasimə xüsusi bir ahəng, gözəllik gətirib.
Bayram şənliyi günün ikinci yarısınadək davam edib.
Şənlikdə rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva çıxış edib.