Ağsu rayonunda COVİD-19 infeksiyasının qarşısının alınması məqsədilə kompleks profilaktiki tədbirlər davam etdirilir
Ağsu rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir.
23 iyun 2020-ci ildə Ağsu rayon Profilaktik Dezinfeksiya şöbəsinin mütəxəssisləri tərəfindən 2 parkda, çoxmənzilli ictimai yaşayış binalarının bloklarında, bir sıra ticarət və iaşə obyektlərində dezinfeksiya işləri aparılıb. Həmçinin, Ağsu şəhərində 12 küçə xüsusi dezinfeksiyaedici məhlullarla yuyulub, ictimai nəqliyyat vasitələrində və taksilərdə dezinfeksiya işləri həyata keçirilib.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərində yaxından iştirak edən Ağsu Rayon İcra Hakimiyyətinin könüllüləri aksiya çərçivəsində rayon sakinlərinə bukletlər paylayaraq onlara tibbi maskalardan mütəmadi olaraq istifadə etməyə və ünsiyyət zamanı 1,5 - 2 metr ara məsafəsini qorumağa çağırıblar.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə indiyə kimi görulən işlərin nəticəsidir ki, Ağsu rayonu COVİD-19 infeksiyasına yoluxma halı kəskin aşağı qeyd olunan rayonlardandır. Bu işlərdə rayon sakinlərinin də böyük rolu var.