Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Hökumətinin pandemiya ilə əlaqədar qəbul etdiyi qərarların əsas məqsədi xalqın sağlamlığını qorumaqdır

05 iyun 2020 | 11:00

Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Yoluxmaların az olması səbəbindən karantin rejimindən mərhələli çıxmaq planının həyata keçirilməsinə başlanılmış, məhdudiyyətlərin bir qismi aradan qaldırılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığına görə karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.
  Bununla bağlı həftə sonları tam qapanma qərarı vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin tibbi maskaların və spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir.
  Ölkə başçısı cənab İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır.
  Odur ki, hər bir şəxs infeksiyanın yayılmaması üçün maskadan istifadə etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Qaydara əməl etməklə təkcə özümüzü yox, ailəmizi və yaxınlarımızı qorumuş oluruq.

Keçidlər