Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda qanvermə aksiyası keçirilib

16 may 2020 | 11:00

Koronavirus pandemiyası ilə əlaqədar respublikamızda tətbiq olunan karantin rejimi şəraitində talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çağırışına qoşulan Ağsu rayonunun sakinləri qanvermə aksiyasında fəal iştirak ediblər.
  Qanvermə aksiyası rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsdə təşkil olunub. Aksiyada rayon icra hakimiyyəti aparatının kollektivi, səhiyyə, təhsil işçiləri, gənclər daha çox fəallıq göstəriblər.
  Milli Hemotologiya və Transfuziologiya Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin işçiləri tərəfindən hərtərəfli müayinədən sonra 76 nəfər könüllü donordan qan götürülmüşdür.

Keçidlər