Şriftin ölçüsü :

Saytın rəngi :

Rüşvət və korrupsiya hallarına yol verilməsi cinayətdir

11 may 2020 | 11:00

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bunlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam etdirilir.
  Dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmiş, korrupsiya, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində aşkarlanmış bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.
  Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi   korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir.
  Cənab İlham Əliyevin bütün sahələri əhatə edən, yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma kimi dəyərləndirdiyi inqilabi islahatlar xalq tərəfindən dəstəklənir. Ölkə başçısının son zamanlar etdiyi çıxışların, verdiyi bəyanatların, gördüyü tədbirlərin xarakteri də təsdiq edir ki, rüşvətxor və korrupsioner məmurlarla mübarizə müvəqqəti yox, ardıcıl xarakter daşıyır. Buna görə də ölkədə yeni dövrün başlandığını hər bir məmur nəzərdən keçirib, fəaliyyətində konkret korrektələr aparmalıdır. Ölkə prezidentinin yüksək vəzifə verib irəli çəkdiyi, etibar etdiyi şəxslərin bu cür yanlış hərəkətlərinə haqq qazandırmaq qeyri-mümkündür və çox haqlı olaraq, cənab Prezident bu cür xəyanətkarları bağışlamır və bağışlamayacaqdır.
  Bu istiqamətdə ölkə rəhbərinin həyata keçirdiyi islahatlar, verdiyi tövsiyə və tapşırıqlar Ağsu rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, inzibati ərazi nümayəndəliklərin, bələdiyyə qurumlarının rəhbərlərinin nəzərinə çatdırılmış və bir daha bu tapşırıqlara ciddi şəkildə riayət edilməsi tövsiyə olunmuşdur.


.
 

Keçidlər