Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci dünya savaşı veteranları ziyarət olunub

09 may 2020 | 11:00

Ağsu rayonunda ikinci dünya müharibəsinin sağ qalan yeganə iştirakçısı, on gündən sonra 100 yaşı tamam olacaq Əlpənah Şirəliyev mayın 9-da qələbənin 75 illiyi münasibətilə ziyarət olunub.
  Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon Şöbəsinin rəisi polkovnik-leytenant Zaur Əliyev o qanlı-qadalı illərin ağrılarını çiyinlərində daşıyan veteran döyüşçünü qələbənin 75 illiyi münasibətilə təbrik edib, ona sevincli günlər arzulayıblar. Sonra veterana Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə təsis olunan “1941-1945 ci illər Böyük Vətən müharibəsində qələbənin 75 illiyi” yubiley medalını və Rusiya Prezidenti Vladimir Putinin təsis etdiyi yubiley medalını təqdim ediblər.
  Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə qələbənin 75 illiyi ilə əlaqədar veteran döyüşçüyə 1500 manat birdəfəlik yardım da verilib.
  Əlpənah Şirəliyev hazırda Ağsu şəhərində yaşayır. Cəbhədə artilleriya alayında xidmət edib, topçu olub. 3 oğlu, 2 qızı və 23 nəvəsi var. Müharibənin acısı, ötən uzun illər onu qocaltsa da hələ həyat eşqi güclüdür. Bir veteran kimi ona göstərilən diqqət və qayğıdan çox razıdır, dövlətimizin başçısına bunun üçün çox minnətdar olduğunu söyləyir.
  Mayın 9-da, habelə Ağsu rayonunun İlxıçı kəndində məskunlaşan müharibə veteranı, Şuşa rayon sakini məcburi köçkün Sarı Həsənov da ziyarət olunub, qələbənin 75 illiyi münasibətilə təbrik edilib, yubiley medalları təqdim olunub.

Keçidlər