Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda çiyid səpininə başlanılıb

16 aprel 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq Ağsu rayonunda da bu sahənin dirçəldilməsi istiqamətində mühüm addımlar atılır.
  2020-ci il  üçün rayon üzrə 33 istehsalçı  500 hektarda “P-Aqro” MMC ilə  pambıq əkini üçün müqavilə bağlanmış, səpin aparılacaq təsərrüfatların hamısında sahələr vaxtında şumlanmış və malalanaraq əkinə hazır vəziyyətə gətirilmişdir.
   Artıq rayonda çiyid səpini işlərinə başlanılıb. Bu işlərə 14 traktor və səpin aqreqatı cəlb olunub. Səpin işlərinin 10-15 gün müddətində başa çatdırılması planlaşdırılıb.

Keçidlər