Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla anıldı

12 dekabr 2014 | 11:00

Ağsu rayon rəhbərliyi, idarə və təşkilat, təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin və KİV nümayəndələrinin iştirakı ilə Ulu öndər Heyər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım mərasimi keçiridi.
Tədbirdən öncə rayon ictimaiyyətinin nümayəndələri «Heydər  Parkı»nda ümummilli  liderimizin  abidəsini  ziyarət  edərək  sbidənin  önünə  əkilil  qoyulub  tər  çiçəklər  düzməklə  Ulu öndərə hörmət və ehtiram  bildirdilər.
Bundan  sonra  rayon fəallarının, o cümlədən ağsaqqalların, gənclərin və ziyalıların  iştirakı ilə  Heydər Əliyev Mərkəzində ulu  öndərin vəfatının ildönümünə  həsr olunan toplantı  keçirildi.  Toplantı  iştirakçıları Mərkəzdə  Ulu öndərin büstü önünə çiçəklər düzdülər, məktəblilər dahi rəhbərə  həsr olunan şeirlər söylədilər.
Toplantıda  “Azərbaycanın  özü qədər  əbədi  və həmişəyaşar liderimiz” mövzusunda məruzə  dinlənildi.  Habelə, insanlar  dahi rəhbər Heydər Əliyevin  1978-ci il sentyabrın 29-da və 1981-ci il iyulun 30-da Ağsu rayonuna  səfərləri ilə əlaqədar  xatirələrini  danışdılar. Istər məruzədə, istərsə də danışılan xatirələrdə bu dahi insanın öz vətəni, doğma xalqı qarşısında gördüyü misilsiz xidmətlərdən  geniş  bəhs olundu.  Ötən əsrin  90-cı illərində  erməni  təcavüzünə məruz qalan, vətəndaş müharibəsi həddində olan Azərbaycanı xilas edərək müstəqillik yoluna çıxarmaqla, güclü  bir dövlət üçün möhkəm bünövrə yaratmaq kimi böyük bir tarixi  missiyanı yerinə  yetirmək qüdrətinə malik olan bu dahi şəxsiyyət misilsiz xidmətləri ilə xalqın qəlbində özünə  həmişəyaşar  istək, sevgi yaradıb, əbədi bir heykəl ucaldıb.
Azərbaycanın qazandığı böyük uğurlar, əlbəttə, Heydər Əliyev dühasının bəhrəsidir. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar  insan, əfsanəvi şəxsiyyət, Ulu öndər, Ümummilli Lider, müstəqil  Azərbaycanın qurucusu, xalqının  sevimli övladı kimi qalacaqdır.
Bütün bunlar  barədə  danışan  muruzəçi  və digər natiqlər  bu gün ölkənin,  Ulu önədrin siyasi kursunun  layiqli davamçısı,  Prezident İlham Əliyevin  rəhbərliyi  ilə daha işıqlı gələcəyə doğru inamla getdiyini iftixarla vurğuladılar.
                                         
 

Keçidlər