Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda profilaktiki tədbirlərin həyata keçirilməsi işi daha da gücləndirilib

27 mart 2020 | 11:00

Ağsu rayonunda koronavirus infeksiyasına (COVİD-19) yoluxma hallarına yol verilməməsi və vaxtında qarşısının alınması məqsədilə görülmüş çoxsaylı tədbirlərin davamı olaraq rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən Ağsu şəhərində daha 6 çoxmənzilli ictimai yaşayış binasında (indiyə kimi ümumilikdə 38 bina), rayon Suvarma Sistemləri İdarəsinin inzibati binası, idarənin avtomobil qarajında, Kəndoba, Nuran, Padarqışlaq, Xanbulaq və Ləngəbiz kənd inzibati ərazi dairələrinə aid yaşayış məntəqələrində bir sıra inzibati bina və sosial obyektlərdə dezinfeksiya işləri aparılıb.

  İnfeksiyadan qorunması üçün evdən çıxmaları məhdudlaşdırılmış, maddi imkansız, yaşlı, müxtəlif xəstəliyi olan 9 nəfər Ağsu şəhər sakininə (Akifə Məmmədova, Zərifə Məmmədova, Yəmən Mustafayeva, Məhəmmədəli İsmayılov, Xeyrənsa Fazilova, Gülşən Musayeva, Firuzə Babayeva, Sara Hüseynova, Məhbubə Cəlilova), eyni zamanda İlxıçı kənd sakini Nərgiz Fərzəliyevaya Ağsu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ərzaq yardımı verilib.

  Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının könüllüləri özünütəcrid şəraitində yaşayan daha 6 nəfər köməyə ehtiyacı olan yaşlı, ahıl vətəndaşı ziyarət edib, onları tibbi və gigiyenik vasitələrlə təchiz ediblər. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.

  Ağsu rayonu ərazisində koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və vaxtında qarşısının alınması məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davamlı xarakter daşıyır.

Keçidlər