Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilir

04 dekabr 2014 | 11:00

         04  dekabr  2014-cü  il  tarixində  Ağsu  rayonunda  ümummilli  lider  Heydər  Əliyevin  anım  günü  ilə  əlaqədar  bir  sıra  tədbirlər  keçirilmişdir.  Tədbir  iştirakçıları  rayon  mərkəzində  ucaldılmış  Ulu  öndərin  abidəsini  ziyarət  etmişdilər.

       İlk  öncə  Heydər Əliyev  Mərkəzində “Heydər  Əliyev  və  Yeni  Azərbaycan  Partiyası  bizim  siyasi xəttimizdir”  mövzusunda  elmi-praktiki  konfrans  keçirilmişdir.

       Konfransı  giriş  sözü  ilə  açan Ağsu  rayon Yeni  Azərbaycan  Partiyasının  sədri  Əli  Hüseynov  Heydər  Əliyevin həyatından  və  Onun  Azərbaycan  xalqına  xidmətindən  danışdı.  Tədbirdə  Ağsu  rayon  Yeni  Azərbaycan  Partiyasının  Qadınlar  Şurasının  sədr  müavini  Sevil Mirzəliyeva  və  Ağsu  rayon  Veteranlar  Şurasının  sədri  Cəmaləddin  Zeynalov  da çıxış  etmişlər.
 

         Rayon  Mərkəzi  Xəstəxanasında  “Heydər  Əliyev  və  Azərbaycanda  səhiyyənin  inkişafı”  mövzusunda  tədbir  keçirilmişdir.  Xəstəxananın  baş  həkimi,  Ağsu  rayon Yeni  Azərbaycan  Partiyasının  Qadınlar  Şurasının  sədri  Şəhrəbanu  Məlikova  tədbiri giriş  sözü  ilə  açaraq  Azərbaycanda  səhiyyə  sahəsindəki   uğurlarımızın  Heydər Əliyevin  adı  ilə  bağlı  olduğunu  qeyd  etdi.

 

 

          Rayon  İdman  və  Gənclər  idarəsində  “Azərbaycan  gəncliyi  Heydər  Əliyev irsinə  sadiqdir”  adlı  tədbir  keçirilmişdir.  Tədbirdə  çıxış  edən  rayon  İdman  və  Gənclər  idarəsinin  baş  məsləhətçisi  Firəngiz  Məmmədova  gənclərin  müstəqil  Azərbaycanın  tarixindəki  yerindən  söhbət  açdı.
  

 

           3  saylı  Uşaq  baxçasında  keçirilmiş  “Uşaqlar  bizim  gələcəyimizdir” mövzusundakı  tədbirdə  Ulu  öndərə  həsr  edilmiş  şeirlər  deyən  azyaşlılar  qiymətli  hədiyyələrlə  mukafatlandırılmışlar.
 

 

 

              Silsilə  tədbirlər  Ümummilli  liderimizin  xatirəsinə  həsr  olunmuş  taekvando  klubunda  keçirilən  yarışla  davam  etdirilmişdir.

 

Keçidlər