Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Ağsu rayonunda vətəndaşları qəbul edib

20 fevral 2020 | 11:00

2020-ci il fevralın 20-də DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Ağsu rayonunda vətəndaşları qəbul edib. Qəbulda Ağsu və Göyçay rayon sakinləri, eləcə də bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
  DİM Direktorlar Şurasının sədr müavini görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.
  Görüşdə əsasən dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və digər məsələlərlə əlaqədar vətəndaşlar tərəfindən müraciətlər edilib. Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
  Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Keçidlər