Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Xəlilli və Mustafalı kənd sakinlərini qəbul edib

06 fevral 2020 | 11:00

06 fevral 2020-ci il tarixdə Ağsu RİH-nin başçısı Vahid Tağıyev Xəlilli kəndində səyyar qəbul keçirib. Görüşdə hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, 64 nəfər Xəlilli və Mustafalı kənd sakinləri iştirak edib.
  Kənd sakinlərini salamlayan rayon rəhbəri 2019-cu ildə respublikamızda görülmüş işlərdən söz açaraq ölkə rəhbəri tərəfindən verilmiş sərəncam və tapşırıqların icra olduğunu, bunun nəticəsində yeni iş yerlərinin yaradıldığını, işsizliyin və yoxsulluğun minimum səviyyəyə endirildiyi, əmək haqqı, pensiya və müavinətlərin artırıldığını və 2020-ci ildə respublikamızda, eləcə də rayonumuzda böyük layihələrin həyata keçiriləcəyini bildirib.
  Ölkə rəhbərinin sərəncam və tapşırığna əsasən 2019-cu ilin fevral ayının 5-6-da baş vermiş zəlzələ zamanı ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı işlərin davam etdirildiyi, hazırda rayon ərazisində FHN-nin briqadaları tərəfindən yeni evlərin tikintisi və bərpa gücləndirmə işlərinin yekunlaşdığı, təmir rəyi verilmiş evlərdə də işlərin yaxın zamanlarda başa çatdırılacağını vurğulayıb.
  Səyyar qəbulda Xəlilli və Mustafalı kənd sakinləri tərəfindən torpaq sahələrinin qrunt sularından təmizlənməsi, kənd yollarının təmir edilməsi, suvarma kanal və arxlarının təmizlənməsi, Mustafalı kənd ibtidai məktəbi üçün modul tipli yeni binanın tikintisi və digər təkliflər səsləndirilib.
 Kənd sakinləri səsləndirdikləri müraciət və təkliflərlə bərabər respublikada, bölgələrdə aparılan müsbət işlərə görə ölkə rəhbəri cənab İlham Əliyevə təşəkkür etdiklərini, daim onun ətrafında sıx birləşdiklərini və dövlət başçısının siyasi xəttini dəstəklədiklərini bildiriblər.
  RİH baçısı vətəndaşlar tərəfindən deyilmiş müraciət və təklifləri dinlədikdən sonra xidməti təşkilat rəhbərlərinə araşdırılaraq icra olunmasını tapşırıb. Bir sıra təkliflərlə bağlı isə müvafiq sənədlər hazırlanaraq məkrəzi icra hakimiyyəti orqanlarına mücaciət ediləcəyi bildirib.

 

Keçidlər