Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH-nin başçısı Padar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin hesabat yığıncağında iştirak edib və növbəti səyyar qəbul keçirib

23 yanvar 2020 | 11:00

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 23 yanvar 2020-ci il tarixdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin və 62 nəfər kənd sakininin iştirakı ilə Padar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin hesabat yığıncağında iştirak edib və səyyar qəbul keçirib.
  Öncə RİH başçısının Padar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vasif Yolçuyev 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib və məruzə ətrafında müzakirələr aparılıb.
  Hesabat yığıncağında çıxış edənlər ölkə rəhbərliyinə Ağsu rayonu haqqında verdiyi sərəncamlara görə öz minnətdarlığlarını bildirərək son illərdə rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndiriblər.
  Rayon İcra Hakimiyyətinin baçışısı ölkədə aparılan quruçuluq abadlıq işlərindən, yeni iş yerlərinin yaradılmasından, işsizliyin və yoxsulluğun minimum səviyyəyə endirilməsindən, əmək haqqı, pensiya və müavinətlərin artırılmasından danışaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 05.02.2019-cu ildə baş vermiş zəlzələ zamanı İsmayıllı, Şamaxı və Ağsu rayonlarının yaşayış məntəqələrindəki ziyan dəymiş evlərlə bağlı verdiyi sərəncamların humanist bir addım olduğunu və rayon ərazisində bu sahədə işlərin davam etdiyini, eləcə də Padar kənd inzibati ərazi dairəsində FHN-nin müvafiq komissiyası tərəfindən rəy verilmiş fərdi evlərdə işlərin yekunlaşdıdığını bildirib.
  RİH başçısı daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, dəyən zərərin əvəzinin ödənilməsi, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin icbari sığortasının vacibliyini qeyd edib.
  Hesabat yığıncağından sonra keçirilən səyyar qəbulda vətəndaşlar tərəfindən Padar kənd inzibati ərazi dairəsinə daxil olan kəndlərdə su, elektrik və qaz xətlərinin yenidən qurulması, təmir olunması, kəndə gələn suvarma arxlarının təmizlənməsi və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndirilib.
  Səyyar qəbulda sakinlərin müraciət və təklifləri nəzarətə götürülərək, bəzi müraciətlərin icrası məqsədilə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər