Şriftin ölçüsü :

Saytın rəngi :

Məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunublar

28 yanvar 2020 | 11:00

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq çərçivəsində aşağı seçki komissiyaları üçün yanvarın 27-dən başlanan maarifləndirici treninq 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində də yüksək səviyyədə aparılır.
   DSK-nın inzibati binasının iclas zalında təşkil olunan treninqlər günün birinci və ikinci yarısında keçirilməklə hər gün 12 məntəqəni əhatə edir. Lazımi əyani vasitələrlə təchiz edilən zalda treninqlər DSK-nın sədri, katibi və baş məsləhətçisi tərəfindən keçirilir.
  Treninqlərdə komissiya üzvlərinə məntəqə seçki komissiyalarının hüquq və vəzifələri, seçkilərdə aşkarlıq, seçki prosesinin aparılma qaydaları, seçki nəticələrinin rəsmiləşdirilməsi mövzuları Seçki Məcəlləsi əsasında ətraflı izah olunur.
   87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin 63 məntəqəsindən treninqlərə 378 nəfər cəlb ediləcək. İlk iki gündə, yanvarın 27 və 28-də maarifləndirici tədbirdə 140 nəfər komissiya üzvü iştirak edib. Keçirilən hər mövzunun yekununda seçki komissiyaları üzvlərinin sualları ətraflı izah olunur, protokol nümunələri vasitəsilə əyani iş aparılır.
   Sonda hər bir iştirakçıya seçki günü üçün yaddaş kitabçası paylanılır.  

 
Keçidlər