İqtisadiyyat nazirinin müavini vətəndaşları qəbul edib
17 yanvar 2020 | 11:00
Yanvarın 17-də İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Ağsu rayonunda vətəndaşları qəbul edib.
Qəbula gələn 21 nəfərin müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin və subsidiyaların verilməsi, əkinçilik, əmlakın qeydiyyatı və sair məsələlərlə bağlı olub.
Müraciətlər dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə aidiyyəti üzrə tapşırıqlar verilib.