Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda kümçülər üçün maarifləndirici seminar-müşavirə keçirilib

16 yanvar 2020 | 11:00

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi Ağsuda baramaçılığın inkişafı, qarşıdakı mövsümdə kümxanaların hazırlanması, ipəkqurdunun yemləndirilməsi məsələlərinə həsr olunan seminar-müşavirə keçirib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində təşkil olunan maarifləndirici tədbirdə kümçülər və aidiyyəti mütəxəssislər iştirak ediblər.
   Seminar-müşavirədə mərkəzin direktor müavini Elçin Məmmədov çıxış edərək son illər rayonda baramaçılığın inkişaf etdiyini, bu sahəyə marağın ildən-ilə artdığını söyləyib. Bildirib ki, 2016-cı ildə Ağsuda 40 qutu ipəkqurdu toxumundan 1691 kiloqram barama istehsal olunmuşdusa, bir neçə ildə bu göstərici 10 min 900 tonu ötüb.
  Seminar-müşavirədə Aqrar Elm Mərkəzinin ipəkçilik üzrə mütəxəssisi Məzahir Ədilov respublikamızda baramaçılığın inkişafı istiqamətində görülən tədbirlərdən, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Mütəxəssis kümçülərə kümxanaların hazırlanması, ipəkqurdunun bəslənmə texnologiyası, yemləmə prosesi, keyfiyyətli barama alınması üçün zəruri olan qulluq qaydaları barədə geniş bilgilər verib. Qeyd edib ki, qarşıdakı mövsümdə ipəkqurdunun bəslənmə müddətində xəstəliklərdən qorunması üçün artıq fevral ayından kümxanalar təmizlənməli, mart ayında isə aprelin birinci yarısınadək dezinfeksiya işləri aparılmalıdır.
  Maarifləndirici tədbirdə barama istehsalçılarını narahat edən məsələlər geniş müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb.


 

Keçidlər