Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Dilman və Nuran kəndlərində səyyar qəbul keçirib

26 dekabr 2019 | 11:00

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 26 dekabr 2019-cu il tarixdə hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Dilman və Nuran kəndlərində vətəndaşları qəbul edib.
  Həmin kəndlərdə keçirilmiş səyyar qəbullarda RİH baçşısı ölkə rəhbəri cənab İlham Əliyevin əhalinin maddi-rifahının yüksəldilməsi, yeni iş yerlərinin yaradılması, işsizliyin və yoxsulluğun minimuma endirilməsi, əmək haqqı, pensiya və müavinətlərin davamlı şəkildə artırılması istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlərdən danışıb.
  Rayon rəhbəri ölkə başçısı tərəfindən 05.02.2019-cu ildə baş vermiş zəlzələ zamanı İsmayıllı, Şamaxı və Ağsu rayonlarının yaşayış məntəqələrində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı verdiyi Sərəncamların humanist addım olduğunu, hazırda Kalva və Nuran kənd inzibati ərazi dairəsinə daxil olan kəndlərdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin mütəxəssislərindən ibarət komissiyanın rəyinə əsasən müvafiq işlərin görüldüyünü bildirib.
  Səyyar qəbullarda Dilman və Nuran kənd sakinləri tərəfindən içməli su xəttinin bərpa olunması, həyətyanı torpaq sahələrinin ayrılması, elektrik verilişi xətlərinin təmiri, kənd yollarının cari təmiri, ünvanlı dövlət sosial yardım təyini, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evlərinin bərpası, torpaq sürüşməsi ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması, eləcə də digər yerli əhəmiyyətli sosial problemlərin həlli ilə əlaqədar xahiş və təkliflər səsləndirilib.
  Dilman, Nuran kəndlərində keçirilən səyyar görüşlərdə vətəndaşların müraciət və təklifləri araşdırılaraq nəzarətə götürülüb, mövcud problem və çətinliklərin qısa müddətdə aradan qaldırılması ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər