Ağsuda Veteranlar evində əlillərlə görüş keçirilib
Ağsu şəhərindəki Veteranlar evində 3 dekabr-- Beynəlxalq əlillər günü münasibəti ilə görüş keçirilib.
Çay süfrəsi arxasında keçirilən görüşdə müxtəlif kateqoriyalardan olan 30 nəfərdən çox əlil iştirak edib. Çıxış edənlər əlillərə xoş arzularını bildirib, ölkəmizdə bu kateqoriyadan olan insanlara göstərilən dövlət qayğısından danışıblar. Vurğulanıb ki, dövlət əlil vətəndaşlara danışıblar. Vurğulanıb ki, dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat praqramlarına cəlb olunmalarını həyata keçirir. Dövlət başçısının tapşırığına əsasən onların evlə təmin olunmaları istiqamətində böyük işlər görülür.
Qeyd olunub ki, hazırda rayonda 960 nəfər qismən sağlamlığını itirmiş əlil vardır. Onlardan 63 nəfər Qarabağ, 10 nəfəri ikinci dünya müharibəsi əlili, 6 nəfəri Əfqanıstan əlili, 38 nəfəri Çernobl əlili, 21 nəfəri isə gözdən əlil insanlardır. Onların qayğı və problemlərinin həlli ilə bağlı görülən tədbirlərdən danışılaraq bildirilib ki, əlillər üçün şəhərdə 2 ədəd 16 mənzilli ictimai yaşayış evi, 2 fərdi ev tikilib istifadəyə verilib. Onlarla əlil minik avtomaşını ilə təmin olunub. Yaxın vaxtlarda daha 10 fərdi evin tikintisi nəzərdə tutulub.
Tədbirdə çıxış edən Qarabağ əlilləri cəmiyyətinin sədri Zaur Məcidov əlillər Allahverdi Qənbərov, Rəhim Rəhimov ölkəmizdə əlillərə göstərilən dövlət qayğısına, onların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayon icra hakimiyyəti tərəfindən əlillərə maddi yardım verilib.