Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Muradlı kəndində vətəndaşları qəbul edib

11 dekabr 2019 | 11:00

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 11 dekabr 2019-cu il tarixdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Muradlı kəndində səyyar görüş keçirib. 
  RİH başçısı çıxışında səyyar görüşlərin keçirilməsinin vacibliyini qeyd edərək bildirib ki, bu görüşlər vasitəsilə vətəndaşların problemləri, onları narahat edən məsələlər yerində öyrənilir və icrası istiqamətində lazımi tapşırıqlar verilərək operativ qaydada həll edilir. Ölkədə Cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifah halının yüksəldilməsi məqsədilə davamlı şəkildə aparılan sosial islahatlardan, həyata keçirilən müxtəlif layihələrdən danışmış və 05 fevral 2019-cu il tarxinində rayon ərazisində baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı ölkə başçısı tərəfindən verilmiş sərəncamların humanist bir addım olduğunu qeyd etmişdir.
  Görüşdə iştirak edən 58 nəfər vətəndaşdan 11 nəfəri tərəfindən nümayəndəlik ərazisində elektrik təsərrüfatının yenidən qurulması, əkin sahələrinin suvarma kanalları ilə təmin olunması, kənd ərazisinə içməli su xəttinin çəkilməsi, ünvanlı dövlət sosial yardımının təyin edilməsi, mövcud olan subartezian quyularının təmir olunması və zəlzələ zamanı evlərə dəymiş ziyana görə aparılacaq işlər barədə müraciətlər edilib.
  Rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan bir qisim məsələlərin həllinin mərkəzi icra hakimiyyəti orqanlarına aid olduğunu, bu məqsədlə müvafiq sənədlərin hazırlanaraq göndəriləcəyini bildirib. Əksər müraciətlərlə bağlı yerində araşdırma aparıldıqdan sonra aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Keçidlər