Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirib

29 noyabr 2019 | 11:00

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev noyabrın 29-da RİH başçısı Aparatında hüquq-mühafizə orqanları və xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə 86 nəfər vətəndaşı fərdi qaydada qəbul edib.

Qəbulda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işlərinin aparılmasından və əsaslı infrastruktur layihələrinin həyata keçirilməsindən geniş söhbət açılıb. Eyni zamanda rayonda mövcud problemlər və həlli vacib məsələlər vətəndaşların diqqətinə çatdırılıb.   

  10.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş iclasda 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrdən danışan RİH başçısı vətəndaşlara izah edib ki, yekun nəticəyə görə FHN-nin müvafiq komissiyası tərəfindən verilmiş rəylərə uyğun işlərin icrası davam etdiriləcəkdir. Bir daha vurğulayıb ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən 01 iyun 2019-cu il tarixə kimi qeydiyyata alınmış fərdi yaşayış evlərinə baxış keçirilmişdir. Komissiya tərəfindən verilmiş rəylərə müvafiq olaraq həmin evlərdə təmir-tikinti işləri aparılır. Bundan əlavə vətəndaşlara fərdi yaşayış evlərinin sığortası ilə bağlı maarifləndirmə xarakterli izahat verilib.

  Vətəndaşların şikayət və təkliflərinin böyük bir qismi zəlzələ fəsadları ilə bağlı olub və bununla bağlı müvafiq izahatlar sakinlər tərəfindən razılıqla qarşılanıb. Qaldıran müxtəlif məzmunlu məsələlərin bir qismi yerində həll olunub. Həmçinin, elektrik, təbii qaz, içməli su ilə təchizat, iş və mənzillə təminat, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, müalicə üçün yardım olunması, ünvanlı dövlət sosial yardımı təyini, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələrinin ayrılması və sair sosial məsələlərlə bağlı problemlərin həlli məqsədilə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

  Sakinlərin diqqətinə çatdırılıb ki, hər hansı məsələlərlə bağlı müraciətlərini instansiyaya uyğun olaraq RİH başçısının ərazi dairəsi üzrə nümayəndəliklərinə və bələdiyyələrə bildirməlidirlər. Bundan əlavə izah olunub ki, kənd yaşayış məntəqələrinin sakinləri ayrı-ayrı günlərdə səyyar görüşlərdə qəbul olunaraq təklif və müraciətlərinə baxılacaqdır.
 

Keçidlər