Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ərəbuşağı kəndində səyyar görüşdə vətəndaşları qəbul edib

21 noyabr 2019 | 11:00

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 21 noyabr 2019-cu il tarixdə hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Ərəbuşağı kəndində səyyar görüşdə olmuş, 82 nəfər kənd sakinini fərdi qaydada dinləmiş, qaldırılan məsələlər barədə müvafiq tapşırıqlar vermişdir.

  RİH başçısı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlardan, əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində ölkə başçısının məlum sərəncam və fərmanlarından danışmış, əhalinin pensiya və müavinətlərinin, minimum əmək haqlarının artırılması, əhalinin problemli kreditlərinin həll olunması, iş yerlərinin açılması ilə bağlı, həmçinin rayonda aparılan abadlıq-quruculuqla bağlı görülən işlərə toxunmuşdur. Vurğulamışdır ki, rayonun 2 əsas - Cəfərli və Sabir hava elektrik xətlərinin yenidən qurulması və əlavə 1 yarımstansiyanın tikilməsi ilə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmış, ilkin işlərin icrasına başlanılmışdır.

  Əlavə olaraq bildirmişdir ki, 05.02.2019-cu il tarixdə baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən humanist bir addım atılaraq vətəndaşlara köməkliklər olunmuşdur. İzah olunmuşdur ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən 01 iyun 2019-cu il tarixə kimi qeydiyyata alınmış evlərə baxış keçirilmiş, verilmiş rəylərə müvafiq olaraq təmir-tikinti işləri aparılır. Həmçinin bildirilmişdir ki, vətəndaşların məlumatlandırılması məqsədilə təmirə ehtiyacı olan evlər barədə adlı siyahı nümayəndəliyin məlumat lövhəsində asılmış, nümayəndəliyin işçilərinə əhalinin  maarifləndirilməsi tapşırılmışdır.

  Sakinlərin təklifləri əsasında nümayəndəlik ərazisində elektrik təsərrüfatının yenidən qurulması, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun 3-cü kilometrindən ayrılan, Ərəbuşağı və Ağalarbəyli kəndlərini əlaqələndirən 4,0 km uzunluğu olan avtomobil yolunun asfaltlaşdırılması, Ərəbuşağı kənd qəbiristanlığının “Ağsuçay”ın sel sularından qorunması üçün tədbirlər görülməsi, fərdi ev tikintisi məqsədilə torpaq sahələrinin ayrılması, işlə təminat, eləcə də zəlzələdən ziyan çəkmiş evlərin layihə-smeta sənədlərinin hazırlanması və təmir işlərinin sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə olunmuş, yerində tapşırıqlar verilmişdir.  

  Görüş səmimi və diskusiya şəraitində keçmiş, sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.

 

 

Keçidlər