Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyə üzvü olan qadınlar üçün təlim keçirilib

19 noyabr 2019 | 11:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birlikdə “Dayaq” Mentorluq proqramı çərçivəsində noyabrın 19-da Ağsuda bələdiyyə üzvləri olan qadınlar üçün liderlik potensialının, eləcə də müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və gender bərabərliyi istiqamətində dövlət siyasətinin reallaşdırılması sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə növbəti təlim keçirib. Heydər Əliyev Mərkəzində təşkil olunan təlimdə bələdiyyə üzvü olan 25 qadın iştirak edib.
  Tədbiri Ağsu Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nailə Bəşirova açaraq təlimin məqsədlərindən, qadınların bilik və bacarıqlarının artırılmasında əhəmiyyətindən danışıb.
  Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Sevil Rəsulzadə “Gender bərabərliyi - dövlət siyasəti və milli qanunvericilik”, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirakçılara “Qadınların yerli qərarvermədə iştirak etmək yolları və bu sahədə mövcud olan təcrübələr. Bələdiyyə seçkiləri, seçki prosesi” mövzularında ətraflı bilgilər veriblər.
  Çıxışçılar təlim çərçivəsində nümayiş etdirilən videoçarxdan istifadə etməklə yerli səviyyədə qərar qəbul etmə prosesində və yerli idarəetmədə qadın iştirakçılığının artırılması, gender bərabərliyinin təmin edilməsi sahəsində qanunvericiliyin mahiyyəti, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsində mexanizmlərin açıqlanması və digər istiqamətlərdə ətraflı danışıb, iştirakçıların suallarını cavablandırıblar.

 

Keçidlər