Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ləngəbiz kəndində səyyar görüşdə vətəndaşları qəbul edib

14 noyabr 2019 | 11:00

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 14 noyabr  2019-cu il tarixdə hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə  Ləngəbiz kəndində səyyar görüşdə olmuş, 55 nəfər kənd sakini fərdi qaydada dinlənilmiş, qaldırılan məsələlər barədə müvafiq tapşırıqlar verilmişdir. 
  RİH başçısı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlardan, əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində ölkə başçısının məlum sərəncam və fərmanlarından danışmış, əhalinin pensiya və müavinətlərinin, minimum əmək haqlarının artırılması, şəhid ailələrinə 11000 manat birdəfəlik müavinətlərin verilməsi, əhalinin problemli kreditlərinin həll olunması, yeni iş yerlərinin açılması ilə əlaqədar, həmçinin rayonda aparılan abadlıq-quruculuqla bağlı görülən işlərə toxunmuşdur. Bildirmişdir ki, rayonun 2 əsas - Cəfərli və Sabir hava elektrik xətlərinin yenidən qurulması və əlavə 1 yarımstansiyanın tikilməsi ilə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmış, ilkin işlərin icrasına başlanılmışdır. Məcburi köçkünlərlə görüşən zaman illərdir yol və mavi yanacağın verilişində olan çətinliklərlə bağlı müraciətləri nəzərə alınaraq məsələlər həll edilmiş, Xanbulaq kənd yolunun əsaslı təmiri yuxarı təşkilatlardan xahiş olunmuşdur. 
  Əlavə olaraq bildirmişdir ki, 05.02.2019-cu il tarixdə baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən humanist bir addım atılaraq vətəndaşlara köməkliklər olunmuşdur. Vətəndaşlara izah edilmişdir ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı  Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən rayon ərazisində  evlərə baxış keçirilmiş, verilmiş rəylərə müvafiq olaraq işlər icra olunacaqdır. RİH başçısı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində məsul şəxslərin iştirakı ilə keçirilmiş müşavirədən danışaraq  01 iyun 2019-cu il tarixdən fərdi yaşayış evlərinə texniki baxışın dayandırıldığını onların diqqətinə çatdırılmışdır. Həmçinin bildirilmişdir ki, vətəndaşların məlumatlandırılması məqsədilə təmirə ehtiyacı olan evlər barədə adlı siyahı nümayəndəliyin məlumat lövhəsinə asılmış, nümayəndəliyin işçilərinə vətəndaşların maarifləndirilməsi tapşırılmışdır.
  Təkliflərin əksər hissəsi kollektiv müraciətlər olmuşdur. Belə ki, nümayəndəlik ərazisində elektrik təsərrüfatının yenidən qurulması, kəndin telefonlaşdırılması, torpaq məsələləri, qaz, su xətlərinin çəklişi, eləcə də zəlzələdən ziyan çəkmiş evlərin layihə-smeta sənədlərinin hazırlanması və təmir işlərinin sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə olunmuş, yerində tapşırıqlar verilmişdir.  
  Görüş səmimi və diskusiya şəraitində keçmiş, sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.


 

Keçidlər