Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirib

08 noyabr 2019 | 11:00

RİH başçısı Vahid Tağıyev 08.11.2019-cu ildə rayon İcra hakimiyyətinin inzibati binasında hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə 71 nəfər vətəndaşı fərdi qaydada qəbul edib.
  Qəbulda ölkədə həyata keçirilən sürətli sosial-iqtisadi inkişafdan geniş söhbət aparılmış, rayonda  mövcud çatışmazlıqlar və həlli vacib məsələlər vətəndaşların diqqətinə çatdırılıb. 10.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş iclasda 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrdən danışan RİH başçısı vətəndaşlara izah edib ki, yekun nəticəyə görə FHN-nin müvafiq komissiyası tərəfindən verilmiş rəylərə uyğun işlərin icrası davam etdiriləcəkdir. Bir daha vurğulayıb ki, müəyyən olunmuş müddətdə müraciət etməyən vətəndaşların fərdi yaşayış evlərinə baxış keçirilməsi mümkün deyildir. Bundan əlavə vətəndaşlara fərdi yaşayış evlərinin sığortası ilə bağlı maarifləndirmə xarakterli izahat verilib.
  Vətəndaşların şikayət və təkliflərinin böyük bir qismi zəlzələ fəsadları ilə bağlı olub və bununla bağlı müvafiq izahatlar sakinlər tərəfindən razılıqla qarşılanıb. Qaldırılan müxtəlif məzmunlu 6 müraciət yerində həll olunub. Elektrik, təbii qaz, içməli su, iş və mənzillə təminat, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, müalicə üçün yardım olunması, unvanlı dövlət sosial yardımı və əlillik təyini, yol təmiri, torpaq sahələrinin ayrılması və sair sosial məsələlərlə bağlı problemlərin həlli məqsədilə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
  Sakinlərin diqqətinə çatdırılıb ki, hər hansı məsələlərlə bağlı müraciətlərini instansiyaya uyğun olaraq RİH başçısının ərazi dairəsi üzrə nümayəndəliklərinə və bələdiyyələrə bildirməlidirlər. Bundan əlavə izah olunub ki, kənd yaşayış məntəqələrinin sakinləri ayrı-ayrı günlərdə səyyar görüşlərdə qəbul olunaraq təklif və müraciətlərinə baxılacaqdır.

Keçidlər