Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda daha 3 kəndə təbii qaz verildi

26 noyabr 2014 | 11:00

Ağsu rayonunda kənd yaşayış məntəqələrinin  “mavi”  yanacaqla təminatı istiqamətində  tədbirlər davam  etdirilir. 
Noyabrın 26-da rayonun daha  3 yaşayış  məntəqəsinə -- ümumilikdə  2240 nəfərin  yaşadığı Ərəbmehdibəy, Xəlilli və Mustafalı  kəndlərinə təbii qaz  verilib. Bunun üçün  12 411 p/m  yeraltı  polietilen və 25581 p/m yerüstü  polad borulardan  istifadə olunub.  Bütün evlər  sayğaclaşdırılıb.
Kəndlərə təbii qazın  verilməsi  münasibətilə təntənəli  açılış  mərasimi  keçirilib.  Mərasimdə  çıxış edən  rayon icra hakimiyyətinin  başçısı  Ənvər Seyidəliyev, Milli Məclisin  deputatı Ərəstun Cavadov, “Azəriqaz”  İB-nin Tikinti Departamentinin  əsaslı  tikinti  şöbəsinin müdiri  Şəhriyar Babayev  Prezident  İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizin, o cümlədən  ayrı-ayrı   bölgələrin sosial-iqtisadi  inkişafından, ən ucqar yaşayış məntəqələrində  belə sosial məsələlərin  həlli, insanlaraın həyat səviyyəsinin yüksəldilməsi  istiqamətlərində  görülən  işlərdən,  həyata keçirilən  layihələrdən  danışmışlar.
Qeyd olunub ki,  Ərəbmehdibəy, Xəlilli və Mustafalı   kəndləri də daxil olmaqla artıq rayonun  38 kəndinə təbii qaz verilib.  Ilin sonunadək  Gursulu, Kəlağaylı, Nəmirli və Bənəcik kəndlərində də  sakinlərin “mavi” yanacaqdan  istifadəsi  təmin  ediləcək,  ümumiyyətlə 2015-ci ildə  bütün  yaşayış  məntəqələrinin  qazlaşdırılması  nəzərdə  tutulub.
Mərasimdə çıxış edən kənd ağsaqqalları, ziyalılar soyuq payız  günündə  kənd  əhalisinin  rahatlığı  üçün  mühüm  olan təbii qazın  verilməsinə görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda sakinlərin və qonaqların alqışları altında açılış rəmzini bildirən məşəl alovlandırıldı.

Keçidlər