Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Qaraqoyunlu kəndində səyyar qəbul keçirib

07 noyabr 2019 | 11:00

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 07 noyabr 2019-cu il tarixdə Qaraqoyunlu kənd sakinləri görüşmüş, 56 nəfər sakin fərdi qaydada dinlənilmiş, qaldırılan məsələlər barədə aidiyyəti təşkilat rəhbərlərinə göstərişlər verilmişdir.
  RİH başçısı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatları, əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində məlum sərəncam və qərarlardan danışaraq bildirmişdir ki, sosial layihələr çərçivəsində respublikada olduğu kimi rayonumuzda da xeyli işlər görülmüş, 05.02.2019-cu il tarixdə baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən humanist bir addım atılaraq vətəndaşlara köməkliklər olunmuşdur. Bundan əlavə rayon ərazisində həkim məntəqələri, məktəb və uşaq bağçası üçün yeni binalar tikilmişdir. 
  Vətəndaşlara izah olunmuşdur ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı  Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiyası tərəfindən rayon ərazisində  evlərə baxış keçirilmiş, verilmiş rəylərə müvafiq olaraq işlər icra olunacaqdır.  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində məsul şəxslərin iştirakı ilə keçirilmiş iclasın protokolundan çıxarış vətəndaşlara oxunmuş, 01 iyun 2019-cu il tarixdən fərdi yaşayış evlərinə texniki baxışın dayandırıldığı onların diqqətinə çatdırılmışdır. Həmçinin bildirilmişdir ki, vətəndaşların məlumatlandırılması məqsədilə təmirə ehtiyacı olan evlər barədə adlı siyahı nümayəndəliyin məlumat lövhəsinə asılmış, nümayəndəliyin işçilərinə vətəndaşların maarifləndirilməsi tapşırılmışdır.
  Təkliflərin əksər hissəsi kollektiv müraciətlər olmuşdur. Belə ki, kəndin bir hissəsinin suvarma suyu ilə təmin olunması məqsədilə artezian quyusunun qazılması, 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və vəsaiti hesabına tikilmiş kənd məktəbi üçün idman zalının tikintisi, kənd daxilində içməli su bulaqlarının qoyulması, elektrik təsərrüfatının yaxşılaşdırılması, kəndin yaxınlığından keçən kanalizasiya xətlərinin yeraltı xətlərə qoşulması və uşaq bağçasının təmiri ilə bağlı məsələlər müzakirə olunmuş, yerində tapşırıqlar verilmişdir.  
  Görüş səmimi və diskusiya şəraitində keçmiş, sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.

 

Keçidlər