Ağsu rayon İcra Hakimiyyətinin başçısı Gəgəli kənd sakinləri ilə görüş keçirib
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 22 oktyabr 2019-cu il tarixdə hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Gəgəli kənd sakinləri görüş keçirib. Görüşdə 117 nəfər sakin fərdi qaydada dinlənilib, qaldırılan məsələlər barədə aidiyyəti təşkilat rəhbərlərinə göstərişlər verilib.
RİH başçısı giriş sözündə Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kursundan danışaraq ölkədə həyata keçirilən sosial-iqtisadi islahatları, əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində məlum sərəncam və qərarları xüsusilə qeyd edib. Bildirib ki, bu islahatlar bizim rayonumuzda da həyata keçirilir, yeni məktəblər, uşaq bağçaları tikilir, əhəmiyyətli yollar yenidən qurulur. Bir sözlə, rayonumuz da respublikda gedən sürətli inkişafdan bəhrələnir. Ölkə başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət onu deməyə imkan verir ki, müstəqillik yolunda xalqımızı yalnız xoşbəxt gələcək gözləyir.
Müraciətlərin əksər hissəsi zəlzələ nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı olub. Vətəndaşlara izah edilib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən rayon ərazisində evlərə baxış keçirilmiş, verilmiş rəylərə müvafiq olaraq işlər icra olunacaqdır. Həmçinin bildirilib ki, təmirlə bağlı vətəndaşların məlumatlandırılması məqsədilə təmirə ehtiyacı olan evlər barədə adlı siyahı nümayəndəliyin məlumat lövhəsinə asılmışdır. Bundan əlavə kəndin daixilində hazırda işlərin icrası davam etdirilən içməli su bulaqlarının sayının artırılması, həyətyanı və icarəyə torpaq sahəsinin verilməsi, kəndin suvarma suyu ilə təmin olunması, kəndin telefonlaşdırılması, "Ağsu-Çaparlı-Bağırlı" avtomobil yolundan kəndə qədər olan 2,5 km yolun təmir olunması, ayrı-ayrı vətəndaşların elektrik verilişi xətlərində olan nasazlıqların aradan qaldırılması və elektrik dayaqlarının dəyişdirilməsi, ÜDSY təyin olunması, sakinlər tərəfindən zəbt olunmuş məhəllə yollarının açılması, xəstəliklə bağlı müayinə və müalicə, işlə təmin olunma kimi məsələlər müzakirə olunub. Elektrik sahəsində çatışmazlıqlarla, eləcə də zəbt edilmiş yolların açılması ilə bağlı məsələlər yerində həll edilib, müvafiq tapşırıqlar verilib.
Görüş səmimi və diskusiya şəraitində keçib, sakinlər tərəfindən rəğbətlə qarşılanıb.