Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib

14 oktyabr 2019 | 11:00

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ağsu rayon icra hakimiyyətinin dəstəyi ilə ümumtəhsil orta və məktəbəqədər uşaq müəssisələrinin rəhbər və tibb heyəti işçiləri üçün seminar-müşavirə keçirib.
   Ağsu rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Kənan Tağızadə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və Yeniyetmələrin Gigiyenası bölməsinin müdiri İqbal Səfərova, həkim-gigiyenist Narınc Orucova çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrdən, Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə “Strateji Planı”nın “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya”nın sanitariya-epidemioloji məsələlərindən ətraflı danışılıb.
   Seminar-müşavirədə uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsinə yönəldilən tibbi sanitariya xidmətinin və rasional qidalanmanın təşkili, uşaq və yeniyetmələr arasında su ilə bağlı gigiyenik biliklərin artırılması, sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniya, spirtli içki və tütünün zərərlərindən geniş bəhs olunub.

Keçidlər