Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin olunub

05 oktyabr 2019 | 11:00

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Tağıyev Vahid Heydər oğlu  vəzifəyə təyin olnduğu gündən başlayaraq rayonun sosial-iqtisadi və mədəni həyatı ilə yaxından tanış olmuş, Ağsu şəhəri ərazisində mövcud problemlərin həlli ilə bağlı aparat iclasında müvafiq  tapşırıqlarını vermişdir. Az müddət ərzində şəhərin küçələrinin işıqlanma sistemində mövcud problemlər aradan qaldırılmış, şəhər ərazində küçələrdə və yaşıllıq sahələrində təmizlik işləri aparılaraq abadlaşdırılmışdır.
  Bütün bunlarla yanaşı  RİH başçısı  rayon sakinlərinin qayğılarını və problemlərini diqqətdə saxlamış, 03 oktyabr 2019-cu il tarixdə rayonun 83 nəfər Maşadqanlı kənd sakinini səyyar görüşdə qəbul etmiş,   qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıqlarını vermişdir. Belə ki, sakinlər tərəfindən qaldırılan Aratlı-Curuğu kənd tam orta məktəbinin adını daşıyan  şəhidin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məsələnin icrasına artıq başlanılmışdır. Həmin kəndin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması barədə kənd daxilində artezian quyusunun qazılması ilə bağlı yuxarı təşkilat qarşısında məsələ qaldırılmışdır. Həmçinin fərdi qaydada qaldırılan məsələlər barədə aidiyyəti təşkilatlara müraciət olunmuşdur.
  Bundan əlavə  04.10.2019-cu ildə tarixdə 178 nəfər rayon sakini növbəli şəklidə RİH başçısı tərəfindən rayonun hüquq-mühafizə, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə qəbul edilmiş, qaldırılan məsələlər aidiyyəti qurumların nümayəndələrinin diqqətinə çatdırılmış, icra ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
  RİH başçısı  ilk gündən  bütün xidmət və digər aidiyyəti təşkilatların rəhbərlərinə Ölkə başçısı cənab İlham Əliyevin əhalinin problemlərinin həlli istiqamətində qarşıya qoyulmuş məsələlərin həllinə nail olmağı və bu sahədə səylərini artırmağı onların diqqətinə çatdırmışdır.  

Keçidlər