Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda Konstitusiya günü təntənəli sürətdə qeyd olundu

12 noyabr 2014 | 11:00

    Azərbaycan xalqı üçün əziz olan ilk milli Konustitusiyamızın qəbul edildiyi gün - 12 noyabr  Ağsuda təntənəli surətdə qeyd olunub.
    Rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri əvvəlcə şəhərin mərkəzində Ulu Öndərin adını  daşıyan  parka gələrək  müstəqillik  tariximizin  ən  mühüm  hadisələrindən  olan  ilk  milli  Konstitusiyamızın müəllifi, Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə  tər  çiçəklər düzüblər.
   Rayon icra hakimiyyətində keçirilən  təntənəli  yığıncaqda icra aparatının hüquq şöbəsinin  müdiri Tofiq Kərimov “Konstitusiyamız Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu  prosesində  misilsiz  rola  malikdir” mövzusunda  məruzə  edib, çıxışlar dinlənilib. Qeyd  edilib ki, Ulu Öndər Heydər Əliyevin  sədrliyi ilə  layihəsi hazırlanan  və 1995-ci il noyabrın 12-də  ümumxalq  səsverməsi  (referendum)  yolu ilə   Azərbaycan  Konstitusiyasının  qəbulu  müasir  tariximizdə  qazandığımız  əvəzsiz  töhfədir. Bu, həm  də  xalqımızın  Böyük  öndəri  Heydər Əliyevin  Azərbaycan  dövlətçiliyi  qarşısında ən böyük  xidmətlərindən  biridir.
Qeyd olunub ki, ilk milli Konstitusiyamız  müstəqillik yolunda hələ kövrək addımlarla irəliləyən Azərbaycanda dövlətin təməl pirinsiplərini, siyasi hüquq və iqtisadi əsaslarını, şəxsiyyətin hüquqi vəziyyətini,ədalət mühakiməsini, seçki sisteminin təşkilini,əsas prinsiplərini və digər bu kimi  məsələləri  müəyyənləşdirən  ən  yüksək  hüquqi  qüvvəyə  malik qanunlar  toplusu  oldu. 12 fəsil, 158 maddədən  ibarət olan  Konstitusiyamızda  insan  hüquq  və azadlıqlarına  geniş yer  verilməsi  ölkəmizin demokratiya ideallarına sadiqliyinin  bəhrəsidir.  Məhz  Konstitusiyamız insan  və vətəndaş  hüquqlarının  və azadlıqlarının  təmin olunmasını dövlətin  ali məqsədi  kimi  bəyan edir.
   Artıq milli  Konstitusiyamızın  qəbulundan  19 il keçir.  Bu, qısa tarixi  zaman olsa da  bu gün Azərbaycan müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünyaya inteqrasiyada mühüm uğurlar qazanıb və bu uğurlar Ulu Öndərimizin davamçısı Prezident İlham Əliyevin  rəhbərliyi ilə getdikcə  möhkəmlənir

Keçidlər