Ağsu rayon İcra Hakimiyyətinin başçısı Bozavand kənd sakinlərini qəbul edib
Sentyabrın 5-də rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Bozavand kənd sakinləri ilə görüşüb. Bozavand kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin binasında keçirilən və rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşdə ölkədə həyata keçirilən sürətli sosial-iqtisadi inkişafdan geniş söhbət aparılıb.
Eyni zamanda ərazidə mövcud çatışmazlıqlardan və həlli vacib problemlərdən də danışılıb. Vətəndaşlar tərəfindən fevralın 5 və 6-da baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş fərdi yaşayış evlərinin tikintisi və təmiri, elektriklə təchizatda çoxsaylı, uzunmüddətli fasilələrin aradan qaldırılması, yemçəkən aqreqatın elektrik enerjisi ilə təchiz olunması, kəndin baş suvarma arxının lildən təmizlənməsi və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndirilib.
Sakinlərin müraciət və təkliflər araşdırılaraq bəziləri barədə vətəndaşlara qanunauyğun izahatlar verilib, bir qismi isə nəzarətə götürülməklə icrası aidiyyəti vəzifəli şəxslərə tapşırılıb.