Ağsu rayon İcra Hakimiyyətinin başçısı Qaravəlli kəndində vətəndaşlarla görüş keçirib
Avqustun 22-də rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qaravəlli kəndində səyyar qəbul keçirib.
Qəbul zamanı vurğulanıb ki, belə görüşlər vətəndaşların irəli sürdüyü irad və təkliflərin tez bir zamanda həll olunmasına imkan yaradır. Bu da yaşayış məntəqələrinin sakinləri tərəfindən razılıqla qarşılanır. Kənd sakinləri çıxışlarında sosial-iqtisadi inkişaf sahəsində ölkədə, eləcə rayonda həyata keçirilən məqsədyönlü tədbirlərə görə dərin minnətdarlıqlarını bildiriblər.
Görüşdə vətəndaşlar tərəfindən kənd ərazisindəki transformator yarımstansiyasının yenisi ilə əvəz edilməsi və ətrafının hasarlanması, yanğın nəticəsində yararsız vəziyyətə düşmüş fərdi evin sahibinə müvafiq köməklik göstərilməsi, Qaravəlli kəndi ilə eyni inzibati ərazi dairəsinə aid olan Axundlu kəndinin telefonlaşdırılması, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin bərpası, həmçinin sakinləri narahat edən digər sosial problemlərin həlli ilə bağlı məsələlər qaldırılıb.
Vətəndaşların müraciət və təklifləri nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.