Ağsu rayon İcra Hakimiyyətinin əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub
İyulun 29-da Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə təltif olunmuş İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Dini qurumlarla işin təşkilatçısı Orucov Mirqubat Oruc oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə təkcə böyük siyasət adamı və görkəmli dövlət xadimi kimi deyil, eyni zamanda, müasir Azərbaycan dövlətinin qurucusu və bir nömrəli dövlət qulluqçusu kimi daxil olub. Ulu Öndərin dövlət qulluğu sahəsində apardığı siyasətin bu gün Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıraraq Azərbaycanda yüksək intellektə malik insan kapitalının formalaşması istiqamətində gördüyü tədbirlərdən danışıb.
Sonda Mirqubat Orucov ona göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.