Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda 05 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilmişdir

02 oktyabr 2014 | 10:00

Öncə tədbir iştirakçıları “Heydər” Parkında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və heykəlin önünə tər gül dəstələri düzmüşlər.
Daha sonra tədbir Ağsu rayon “Şəlalə” şadlıq sarayında davam etdirilmişdir.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil Mirzəliyeva    rayonun ümumtəhsil məktəblərində 8500–dən çox şagirdin təhsil aldığını və olnarın  təlim – tərbiyəsi ilə ümumilikdə 1200–dən çox müəllim çalışdığını, məktəblərin maddi texniki bazasının gücləndirilməsi, yeni məktəb binalarının tikintisi və məktəblərin internet və kompüter avadanlıqları ilə təmin olunmasını, son 9 ildə 23 məktəb üçün yeni binanın tikilib istifadəyə verildiyini, 3 məktəbin isə əsaslı təmir olunduğunu da qeyd etdi.
S. Mirzəliyeva rayonun ümumtəhsil məktəblərində çalışan, müəllim adını sevən və öz peşəsinin öhdəsində layiqincə gələn və hazırda nümunəvi müəllim olaraq dövlət tərəfindən 1 nəfər müəllimin “Ən yaxşı müəllim”,  3 nəfər müəllimin “Tərəqqi” medalı ilə və 7 nəfər  müəllimin isə “Əməkdar müəllim” fəxri adı aldığını qeyd etdi.
Bayram tədbirində iştirak edən  rayon Təhsil şöbəsinin müdiri Tahir Xasi         bu gün təhsilə, müəllim əməyinin qiymətləndirilməsində, qabaqcıl müəllimlərin mükafatlandırılmasında, təhsil sahəsində aparılan dövlət siyasətinin həyata keçirilməsində, ən əsası təhsilin inkişafı üçün verilən sərəncam və qanunların icrası sahəsində ölkə başçısı cənab İlham Əliyevə rayonun bütün müəllim kollektivi adından  öz minnətdarlıqlarını bildirdi.
T. Xasi ali məktəblərə qəbul nailiyyətlərdən danışaraq ötən tədris ilində             98 nəfərin tələbə adını qazandığını və həmin tələbələtdən 1 nəfər 1 N-li məktəb-liseyin məzunu Nicat  Qasımov ən yüksək nəticə göstərərək 700 bal,  4 nəfər 600 baldan yuxarı və 10 nəfər 500 baldan yuxarı nəticə göstərdiyini, 2 nəfər məzunumuz  1 N-li  məktəb-liseyin məzunu  Məhəmməd Usubəliyev və  şəhər  5 N-li tam ota məktəbin məzunu Səbinə Xasıyeva “Qızıl” medalla təltif olunduğunu və hər iki şagirdin yüksək balla ali məktəbə  qəbul olunduğu da tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Sonra Ağsu rayon İcra Hakimiyyəti və rayon Təhsil şöbəsi tərəfindən bir qrup qabaqçıl müəllimlərə fəxri fərman, diplom və hədiyyələr təqdim olundu.
Tədbir iştirakçılarına bayram münasibətilə ziyafət verildi və  tədbir konsert proqramı ilə davam etdi. Tədbirdə 150 nəfər iştirak edirdi.

Keçidlər