Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü qeyd olunub

13 iyul 2019 | 11:00

Ağsu Rayon İcra Hakimiyyətinin və YAP Ağsu rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr edilən tədbir keçirilib.
  Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
  Rayon icra hakimiyyətində keçirilən tədbirdə dövlət himni səsləndirilib. Rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov çıxış edərək Ümummilli Liderin öz xalqı qarşısında xidmətlərindən danışıb.
  Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva “Azərbaycan tarixində Heydər Əliyev imzası” mövzusunda məruzə edib, YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynovun, şəhər 1 saylı məktəb-liseyin direktoru Sənan Nemətovun çıxışları dinlənilib. 50 il əvvəl iyulun 14-də görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi günün ölkəmizin həyatında tarixi bir gün olduğunu diqqətə çatdıran natiqlər vurğulayıblar ki, Ulu Öndər müstəqil Azərbaycan dövləti üçün bir insanın həyatı boyunca edə biləcəyi hər şeyi edib və nəhayət özünün ən möhtəşəm əsərini – müstəqil Azərbaycanı yaradıb.

Keçidlər