Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun kənd yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir

03 iyul 2019 | 11:00

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər 2019-cu ildə də davam etdirilməkdədir.   
  İyulun üçündə Ağsu rayonunun Zərqava, Qırlar, Quzey, Kövlüc və Sanqalan  yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 135 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24 min 233 metr  müxtəlif diametrli metal və polietilen  borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili  qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
  Hazırda Ağsu rayonunun Yenikənd və Kəndaxan  kəndlərinin qazlaşdırılması istiqamətində işlər yekunlaşdırılıb və istismara qəbul mərhələsindədir. Tezliklə həmin  yaşayış məntəqələri də  təbii qazla  təmin olunacaq.  Qeyd olunan kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşması ilə yanaşı,ekologiyanın qorunmasına xidmət edəcək.
  Tədbirdə çıxış edən kənd sakinləri,yaşayış məntəqələrinə  təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər