Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli yığıncaq keçirilib

14 iyun 2019 | 11:00

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişi Azərbaycanın tarixinə taleyüklü siyasi hadisə kimi daxil olub. Əlbəttə, bu qayıdış vətənimiz üçün uzun illərdən bəri hazırlanan məkrli planları alt-üst etdi, nəinki siyasi, milli varlığımıza doğru uzanan xain əlləri kəsdi, Azərbaycanın müstəqilliyi əbədi və dönməz oldu. Bu fikirlər ən yeni tariximizin şanlı səhifəsi olan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən təntənəli yığıncaqda söylənilib.
  İştirakçılar öncə şəhərin mərkəzindəki Heydər Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Heydər Əliyev Mərkəzində məktəblilər iştirakçıları Ulu Öndərə, çiçəklənən Azərbaycana həsr olunan şeirlərlə qarşılayıblar. Sonra böyük öndərin ictimai-siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
  Təntənəli yığıncağı rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açıb, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin doğma vətəni, xalqı qarşısındakı misilsiz xidmətlərini konkret tarixi faktlarla bir daha diqqətə çatdırıblar. Gündən-günə çiçəklənən Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi böyük uğurlardan da danışılıb
  Tədbir axşam Heydər Parkında açıq havada rayon musiqiçilərinin hazırladıqları konsert proqramı ilə davam edib.

Keçidlər