Şriftin ölçüsü :

Saytın rəngi :

Məzun könüllülərə xüsusi sertifikatlar təqdim olunub

13 iyun 2019 | 11:00

Ağsu rayon İcra Hakimiyyətində çalışan könüllülər təcrübələrini başa vurublar. Bu münasibətlə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanları qarşısında gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyub. Bu məqsədilə rayon İcra Hakimiyyəti gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayıb.
  Çıxışlarda vurğulanıb ki, könüllük fəaliyyətilə məşğul olan gənclər bir neçə istiqamət üzrə çalışıblar. İki ay müddətində onların təcrübi bilikləri artırılıb, yaradıcı və innovativ potensialının üzə çıxarılması istiqamətində iş aparılıb. Gənclərin könüllülük fəaliyyətinə cəlb olunması ASAN xidmət ilə əlaqələndirməklə həyata keçirilib. Könüllülər müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak ediblər.
  Sonda müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə xüsusi sertifikatlar təqdim olunub.


 

Keçidlər