Şriftin ölçüsü :

Saytın rəngi :

“Bilik Günü” Ağsu rayonunun üç kəndində yeni məktəb binası istifadəyə verildi.

15 sentyabr 2014 | 10:00

Sentyabrın 15-də Ağsu rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirildi.
“Bilik Günü”ndə rayonun  Muradlı və Dilman kənd tam orta, Keçdəməz kənd ümumi orta məktəblərinin hər biri üçün 80 şagird yerlik yeni tədris ocağı istifadəyə verildi.
           Hər 3 bina dövlət vəsaiti hesabına inşa olunub. İkimərtəbəli binalarda tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılıb. Geniş və işıqlı sinif otaqları, fənn kabinetləri və laboratoriyalar, kompyuter otaqları, konfrans zalı, qış idman zalı və s. bütün zəruri avadanlıqlarla təchiz edilib.
           “Bilik Günü”ndə yeni məktəb binalarının istifadəyə verilməsi mərasimi hər 3 kənddə təntənəli surətdə qeyd olundu. Rayon rəhbərlərinin, təhsil şöbəsi işçilərinin, ziyalıların, kənd sakinlərinin və digər qonaqların qatıldıqları mərasimlərdə çıxış edənlər ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısından danışdılar.
          Mərasimdə çıxış edən kənd sakinləri, müəllim və şagirdlər yeni binalar təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

                                 
 

Keçidlər