Şriftin ölçüsü :

Saytın rəngi :

9 May – Qələbə Günü münasibətilə Ağsu rayonunda tədbir keçirilib

09 may 2019 | 11:00

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə Ağsu rayonunda keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə “Qəhrəmanlar Parkı” abidə kompleksinin önünə gül-çiçək düzüb, igid həmyerlilərinin xatirəsini ehtiramla yad ediblər.
  Daha sonra İkinci Dünya müharibəsi veteranı Əlpənah Şirəliyevin, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bayram tədbirində müharibə illərində xalqımızın igid oğul və qızlarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb. Diqqətə çatdırılıb ki, Ağsudan müharibədə iştirak edən çoxsaylı döyüşçünün yarıdan çoxu cəbhədən geri qayıtmayıb.
  Bildirilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hər il 9 May Azərbaycanda dövlət səviyyəsində qeyd edilir. Hazırda müharibə veteranlarına dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. 
  Tədbirdə çıxış edən veteranlar müharibənin bəşəriyyətə gətirdiyi faciədən, Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıqdan, Qələbədə Bakı neftinin müstəsna rolundan bəhs ediblər. Rayon veteranları torpaqlarımızın işğaldan azad ediləcək günün də tezliklə qeyd olunacağına inandıqlarını bildirib, onlara göstərilən dövlət qayğısından razılıq ediblər.


 

Keçidlər