Kənd təsərrüfatı naziri Ağsu rayonunda fermerlərlə görüşüb
Mayın 11-də Ağsu rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri və rayonda kənd təsərrüfatının müxtəlif sahələrində çalışan fermerlər iştirak ediblər.
Əvvəlcə Ağsu şəhərinin mərkəzindəki Heydər Parkında Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə çiçəklər düzülüb.
Aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
Kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edərək vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir Azərbaycanda aqrar sektorun inkişafı ilə bağlı mövcud vəziyyət, qarşıda duran vəzifələr, görülən işlər barədə məlumat verib.
Fermerlər məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə mineral gübrələr, dərmanlar, herbisid və pestisidlər, texnika ilə təminata dair fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb.