Rayon İcra Hakimiyyətinin başçısı Padar kəndində vətəndaşları qəbul edib
11 aprel 2019 | 11:00
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Padar kəndində vətəndaşları qəbul edib.
Səyyar qəbulda sakinlər tərəfindən kəndin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması, “Girdiman” çayındakı sahil-mühafizə bəndlərinin bərpası və digər yerli əhəmiyyətli məsələlərin həllinə kömək göstərilməsi ilə əlaqədar təkliflər irəli sürülüb.
Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.